main-post-cover

    Youtube videolarındakı banner reklamlar aradan qaldırılacaq

    Sosial Media
    08.03.2023
    Farid Pardashunas
        Youtube öz videolarında ani olaraq ortaya çıxan banner reklamlarının aradan qaldırılacağını elan edib. Qeyd etmək lazımdır ki, videoservisin mobil versiyasında bu cür reklam üsulu artıq uzun zamandır ki, istifadə edilməsə də, veb versiyada banner reklamları hələ də aktiv şəkildə qalıb. Rəsmi məlumata əsasən Youtube videolarında banner reklamları 6 aprel tarixində aradan qaldırılacaq. Videoservis təmsilçilərinin sözlərinə əsasən sözügedən reklam üsulundan imtina etməklə Youtube daha effektiv reklam üsullarına keçid etmək niyyətindədir.
        Təmsilçilər Youtube videolarındakı banner reklamlarını artıq köhnəlmiş üsul hesab edirlər və düşünürlər ki, bu cür reklamlar əksinə istifadəçləri daha çox qıcıqlandırırlar. Bununla belə kontent yaradıcıları narahat olmaya bilərlər. Videoservis təmsilçilərinin sözlərinə əsasən banner reklamlarının aradan qaldırılması reklam biznesinə heç bir təsir göstərməyəcək. Belə ki, videoservis alternativ reklam üsullarına keçid edəcək. Söhbətin hansı alternativ reklam elanlarından getdiyi barəsində məlumat verlməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər