Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Sosial Media
31.03.2021 PAYLAŞIM

    Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən bu yenilik yaxın həftələrdə bəzi istifadəçilər üçün aktivləşdiriləcək. Bununla belə şirkət bildirib ki, istifadəçilər əvvəlki kimi videolara dislike qoya biləcəklər. Sadəcə olaraq onlar videonun ümumi dislike sayını görməyəcəklər. Videoların yaradıcıları isə Youtube Studio bölməsində adi like-lar ilə dislike-ların saylarını görə biləcəklər. Youtube bildirib ki, o bu funksiyanı videoların yaradıcılarının xahişi əsasında test edir. Belə ki, istifadəçilər bəzən bilərəkdən videolara dislike qoya bilərlər.


    Sözügedən test kiçik istifadəçi kütləsi arasında aparılacaq. Testin hansı ölkələrdə keçiriləcəyi barəsində məlumat verilməyib. Əgər hansısa təsadüfi istifadəçi Youtube-da yeni interfeysi görsə o öz istəyinə uyğun olaraq həmin interfeysdən imtina edə bilməyəcək. Onlar sadəcə olaraq bu barədə ola biləcək fikirlərini Youtube ilə bölüşə bilərlər. Bununla belə Youtube hələ ki, dislike sayının əks olunmaması özəlliyini bütün istifadəçilər üçün təqdim etməyi planlaşdırmır. Təcrübənin rəylərinin analiz edilməsi öz növbəsində gələcəkdə bu imkanın yaradılıb-yaradılmamasının vacibliyini təyin etməyə yardımçı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×