Reklam
Whatsapp-da telefon nömrəsini gizlətmək imkanı olacaq

Whatsapp-da telefon nömrəsini gizlətmək imkanı olacaq

Sosial Media
08.08.2022 PAYLAŞIM

    Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məlumat verilib. Söhbət, istifadəçilərin öz telefon nömrələrini digərlərindən gizlədə bilmək funksiyasından gedir. Məlumata əsasən hal hazırda sözügedən funksiya hazırlanma mərhələsindədir. Onun nəticədə hamı üçün aktiv olub-olmayacağı bilinmir. Yeni funksiyanın özü isə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin Android versiyasındakı istifadəçilər ayrı-ayrı qruplarda öz telefon nömrələrini digərlərindən gizlədə biləcəklər. Standart olaraq bu funksiya deaktivdir və o, yalnız Communities iştirakçılarını əhatə edəcək.


    Communities-ə daxil olmuş istifadəçinin telefon nömrəsi avtomatik olaraq gizlədilmiş olacaq. Lakin istifadəçi Communities çərçivəsində bu və ya digər qrupa daxil olandan sonra o öz itəyinə uyğun olaraq telefon nömrəsini daxil olduğu qrup üzvləri üçün görünən edə biləcək. Təqdim edilmiş screenshot foto bu funksiyanın qrup çatları ayarlarında necə görünəcəyini sərgiləyir. Communities-dən kənarda bu cür funksiya aktiv deyil. Bunun müəyyən müddətlik və ya həmişəlik belə olacağı da bilinmir. Qeyd etmək lazımdır ki, Telegram kimi messencerlər artıq uzun müddətdir ki, istifadəçilərə öz telefon nömrələrini gizlədə bilmək imkanını təqdim edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram Explorer bölməsində və istifadəçilərin hesablarında reklam elanları sə..

Verilmiş məlumata əsasən yaxın zamanda istifadəçilər Instagram ilə qarşılıqlı əlaqədə olan zaman dah..


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..

×