Whatsapp'da təhlükəli sistem boşluğu aşkar edilib
Sosial Media
09.08.2018
Farid Pardashunas
Təsəvvür edin ki, sizin Whatsapp yazışmanıza heç də yaxşı
niyyəti olmayan üçüncü şəxs daxil olub. Belə ki, Check Point şirkıətinin mütəxəssisləri
bunu etməyə imkan verən təhlükəli sistem boşluğu aşkar ediblər. Həmin sistem
boşluğu sayəsində istənilən hacker istifadəçinin çatına daxil olaraq mesajları
elə dəyişə bilər ki, onlar əvvəlki mənalarını tamamilə itirə bilərlər. Sözügedən
sistem boşluğundan bir neçə üsulla istifadə etmək olar. Çatdakı istifadəçinin
mesajındakı sözləri dəyişmək, çat istifadəçisi adından ünsiyyət qurmaq və qrup
çatlarına hamı tərəfindən görüləcək mesajlar göndərmək. Whatsapp-dakı bu sistem
boşluğundan istifadə etmək üçün sadəcə olaraq şifrələnmiş trafiki ələ keçirtmək
lazımdır. Bunu etdikdən sonra potensial qurban artıq hackerlərin əlində olacaq.
Əgər bu sistem boşluğu yaxın zaman ərzində aradan qaldırılmasa baş verə biləcək
fəsadların ciddiliyini təsəvvür etmək çətindir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ