main-post-cover

    Whatsapp-da olacaq vacib dəyişikliklər barəsində məlumatlar istifadəçilərə anlaşılan şəkildə təqdim ediləcək

    Sosial Media
    08.03.2023
    Farid Pardashunas
        Whatsapp öz konfidensiallıq siyasətində olan dəyişikliklər barəsində istifadəçiləri daha şəffaf şəkildə məlumatlandırmağa razı olub. Bununla yanaşı istifadəçilər messencer üçün nəzərdə tutulmuş yenilənmələrin quraşdırılmasından imtina edə biləcəklər. Bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında qeyd edilib. Verilmiş məlumata əsasən Whatsapp Avropa Birliyinin tələblərinə riayət edərək öz konfidensiallıq siyasətində olacaq dəyişikliklər barəsində məlumatları elə şəkildə təqdim edəcək ki, onlar şəffaf və istifadəçilər tərəfindən anlaşılan olsunlar. Bundan əlavə olaraq messencer tərtibatçıları Whatsapp üçün nəzərdə tutulmuş yenilənmələrdən imtina prosesini sadələşdirəcəklər.
        Bununla yanaşı istifadəçilərin yenilənmələrdən imtina etmələrinin messencerdən istifadə mümkünlüyünü aradan qaldırmasına gətirib çıxaracağı halda tərtibatçılar bu barədə əlavə məlumatları təqdim edəcəklər. Gələcəkdə Whatsapp messencerdən istifadə qaydalarına hansı dəyişikliklərin əlavə edilməsi və həmin dəyişikliklərin istifadəçilərə necə təsir göstərəcəkləri barəsində ətraflı məlumatları təqdim edəcək. Bundan əlavə olaraq reallaşdırılacaq dəyişikliklərin istifadəçilər tərəfindən qəbul və ya imtina edilməsi üçün nəzərdə tutulmuş idarəetmə elementləri messencerin görünən hissəsinə yerləşdiriləcəklər. Yəni bu məsələ ilə bağlı idarəetmə elementləri messencer daxilində tapılması qəliz olan yerlərdə gizlədilməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər