Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Sosial Media
22.09.2021 PAYLAŞIM

    Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosial platformalar kimi öz istifadəçilərinin arzuolunmaz rəftarları ilə mübarizə aparır. Əvvəllər Whatsapp-da hər hansı bir şəxsin hesabını şikayət etmək olurdusa, indi konkret mesajı şikayət etmək özəlliyi reallaşdırılıb. Qeyd etmək lazımdır ki, bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında istifadəyə verilib. Bu yeni funksiya sayəsində istifadəçi bu və ya digər mesajı Whatsapp moderatorlarına göndərə bilər. Moderatorlar isə öz növbələrində mesajın servis qaydalarını pozub-pozmadığını təyin edəcəklər.


    Ortaya çıxmış fotolara əsasən yeni funsiya sayəsində həm özəl çatlardakı, həm də qrup çatlarındakı mesajları şikayət etmək mümkündür. Bundan əlavə olaraq şikayəti biznes hesabından da etmək olar. Nəticə etibarilə konkret bir mesaj şikayət olunandan sonra Whatsapp moderatorları şikayət edilmiş mesajdan öncəki 5 mesajı da əldə edəcəklər. Bu üsul ilə onlar şikayət edilmiş mesajın kontekstini daha yaxşı anlayacaqlar və həmin mesajı göndərmiş şəxsin hesabının bloklanıb-bloklanmamasına qərar verəcəklər. Məlumatda qeyd edilib ki, bu yeni funksiya yaxın zamanda Whatsapp-ın iOS və Android üçün olan stabil versiyalarında istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..

×