main-post-cover

    TikTok 18 yaşına çatmamış istifadəçilər üçün gündəlik video izləmə vaxtını 1 saata kimi limitləyib

    Sosial Media
    01.03.2023
    Farid Pardashunas
        TikTok öz istifadəçi kütləsinin yeniyetmələrdən ibarət hissəsi üçün sosial şəbəkə ilə qarşılıqlı əlaqə müddətinin məhdudlaşdırılması istiqamətində bəzi yeniliklər reallaşdırıb. Məsələn bundan sonra 18 yaşından aşağı TikTok istifadəçiləri gün ərzində sosial şəbəkə daxilində yalnız 1 saat ərzində videolar izləyə biləcəklər. 1 saat limitinin dolmasından sonra istifadəçidən xüsusi kodun daxil edilməsi tələb olunacaq. Yalnız həmin kodun daxil edilməsi halında istifadəçi sosial şəbəkədən istifadə etməyə davam edə biləcək. Bununla belə istifadəçilər bu limiti deaktiv edə bilərlər.
        Lakin bu halda gün ərzində videoların 100 dəqiqədən çox baxılması nəticəsində istifadəçilərdən yeni zaman limitinin təyin edilməsi tələb ediləcək. Üstəlik istifadəçilər hər həftə TikTok-da baxmış olduqları videoların ümumi baxış müddətləri barəsində hesabatlar əldə edəcəklər. Məlumatda qeyd edilib ki, gündəlik 1 saat limit qaydası 13 yaşına kimi olan istifadəçiləri əhatə edir. Söhbət, TikTok for Younger Users adlı tətbiqdən istifadə edənlərdən gedir. Gündəlik 1 saat limitinin dolması halında valideynlər xüsusi kodu daxil edərək istifadəçinin əlavə 30 dəqiqə ərzində videolara baxmasını təmin edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər