Telegram böyüməyə davam edir
Sosial Media
24.03.2018
Nijat Hamid
Hal-hazırda çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan Telegram öz inkişafını və böyüməsini davam etdirir. 2013 Avqust ayında istifadəçilərə açılan servis hal-hazırda rekord qıracaq həddə çatdı. Belə ki, verilən məlumatlara əsasən, Telegram istifadə edən insanların sayı 200 milyondan daha çoxdur. Telegram qurucusu olan Parel Durov bunun heç bir reklam etmədən olduğunu və istifadəçilərin bir-birini dəvət etməsi hesabına olduğunu açıqladı.
200 milyondan çox istifadəçisi olan Telegram böyüməyə davam edir.
Hal-hazırda istifadə edilən "Ucdan uca şifrələmə" texnologiyasıni ilk istifadə edən Telegram İran və Rusiyada bu səbəbdən bir sıra etirazlara məruz qaldı. Qurucu Parel Durov-un dediklərinə görə, Telegram digər servislərdən fərqli olaraq 1 bayt həcmində məlumatı belə heç bir qurum və ya şirkət ilə paylaşmır. Ayrıca qeyd etmək lazımdı ki, qaynaq kodları açıq olan ilk mesaj servisi tətbiqi də Telegram-dır. Bot təkminləşdiriciləri üçün tamamilə açıq APİ-lər vəd edən Telegram digər servislərə nəzərən daha təhlükəsizdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ