Ölkənin ən arzuolunan iş məkanında 1 gün

Ölkənin ən arzuolunan iş məkanında 1 gün

Sosial Media
05.07.2019 PAYLAŞIM

    Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 28 iyun tarixində ilk dəfə olaraq “Azercell-də 1 gün” adlı tədbir təşkil etdi. Bununla da, Azercell tədbirə qatılan qonaqlara şirkətin iş mühiti ilə yaxından tanış olmaq və İT sahəsinin aparıcı ekspertləri ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaratdı. Azercell-in İT və Big Data departamentlərinin mütəxəssisləri “Data Engineering and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq, öncədən müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşdülər və telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim etdilər. Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin tələbələri rəqəmsal dünyanın yenilikəri ilə tanış olmaq imkanından da yararlandılar.


Bənzər xəbər


    Azercell Telekom bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək. Şirkətin İnsan Qaynaqları Departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.

×