Meta Facebook və Instagram-da qısa Reels videolarının müəlliflərinə ödəniş etməyi dayandıracaq

Meta Facebook və Instagram-da qısa Reels videolarının müəlliflərinə ödəniş etməyi dayandıracaq

Sosial Media
13.03.2023 PAYLAŞIM

    Facebook Instagram üçün qısa videoların hazırlanmsı ilə məşğul olan kontent yaradıcıları yaxın zamanda bu platformalarda gəlir mənbələrinin birindən məhrum olacaqlar. Belə ki, Facebook ilə Instagram-ın sahibi olan Meta şirkəti Reels Play adlı bonus proqramının fəaliyyətinin dayandırıldığını elan edib. Qeyd etmək lazımdır ki, qısa videoların hazırlanması ilə məşğul olan kontent yaradıcıları məhz bu bonus proqramı vasitəsilə Meta şirkətindən pul mükafatı əldə edirdilər. Verilmiş məlumata əsasən Meta şirkəti kontent yaradıcılarına Reels Play proqramının hansısa alternativini təklif etmək niyyətində deyl.

    Meta şirkətinin təmsilçisi qeyd edib ki, Reels Play bonus proqram əvəzinə şirkət kontent yaradıcıları üçün yeni növ monetizasiya üsullarına investisiya yatıracaq. Həmin monetizasiya üsulları isə kontent yaradıcılarını daimi gəlir ilə təmin edəcəklər. Reels Play bonus proqramı 2021-ci ildə istifadəyə verilmişdi. O, Meta şirkətinə TikTok ilə rəqabət aparmaqda yardımçı olmalı idi. İlk mərhələdə ən məşhur qısa videoların müəllifləri şirkətdən külli miqdarda vəsait əldə edirdilər. Söhbət, on minlərlə dollar gəlirdən gedir. Lakin 2022-ci ildə şirkət kontent yaradıcılarına daha az vəsait ödəməyə başladı. Reels Play bonus proqramının fəliyyətinin  dayandırılmasından sonra kontent yaradıcıları reklam və müxtəlif brendlər ilə əməkdaşlıq kimi digər üsullar vasitəsilə əvvəlki kimi gəlir əldə edə bilərlər.




DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×