Məhkəmə qərar verdi: Telegram Rusiyada bloklanır
Sosial Media
13.04.2018
Farid Pardashunas
Bugün Moskvanın Tagan məhkəməsi Roskomnadzor-un Telegram
messencerini Rusiya Federasiyası ərazisində bloklanması tələbini qəbul edib.
Qeyd etmək lazımdır ki, Roskomnadzorun bu tələbi Telegram-ın, mesajlarının şifrədən
çıxarılması üçün açarları RFTX-ə (Rusiya Federal Təhlükəsizlik Xidməti) verməkdən
imtina etməsi səbəbi ilə qaldırılıb. Bu barədə Rusiyanın Tass saytı xəbər
verib.
“Məhkəmə Roskomnadzorun tələbənin yerinə yetirilməsinə qərar verib.
Telegram messencerini məhdudlaşdırmaq və mesajların ötürülməsi üçün texniki şərtlərin
yaradılmasını dayandırmaq” – deyə məhkəmə hakimi bildirib. Məhkəmə bu qərarın
dərhal yerinə yetirilməsi göstərişini verib. “Messencerin məhdudlaşdırılması
Telegram-ın, istifadəçilərin mesajlarının şifrələnmədən çıxaran açarı RFTX-ə təqdim
edəcəyi müddətə kimi davam edəcək” – deyə məhkəmə qərarında bildirilib.
Qeyd etmək
lazımdır ki, 2017-ci ildə RFTX bildirmişdi ki, Rusiya Federasiyasında olan
terror təşkilatlarının üzvləri Telegram messencerindəki yüksək şifrələnmə səviyyəsinə
sahib gizli çatlardan istifadə edə bilərlər. Məlumata əsasən terrorçular
2017-ci ilin Aprel ayında Sankt Peterburq metropolitenindəki terror hadisəsinə
hazırlıqları məhz Telegram-da görmüş ola bilərdilər. Həmin hadisədə 15 nəfər həyatını
itirmişdi.
Hüquq-mühafizə orqanları həmin vaxtda 6 şübhəli nömrənin
mesajlarının şifrələnmədən çıxarılması sorğusunu Pavel Durov-a göndərmişdilər.
Lakin Telegram bu sorğuya cavab verməmişdir. Sorğunun yerinə yetirilməsindən
imtina səbəbilə Moskva məhkəməsi Telegram-ı 800.000 rubl dəyərində cərimələmişdir. 2017-ci ilin sonunda Telegram RFTX-nın qüvvədə olmayan əmrinin qəbul olunması iddiası
ilə Rusiya Federasiyasının Ali Məhkəməsinə müraciət etmişdi. Lakin həmin iddia
Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən ləğv olunmuşdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ