iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha çox pul xərcləyirlər

iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha çox pul xərcləyirlər

Sosial Media
05.05.2021 PAYLAŞIM

    App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədikləri barəsində məlumat verib. Məlum olub ki, 2021-ci ilin birinci rübündə App Store Google Play platformalarının gəlirləri rekord həddə çatıb. Bununla belə məlumatda qeyd edilib ki, iOS istifadəçiləri Android istifadəçilərindən fərqli olaraq bu məsələdə daha çox pul xərcləyirlər. Beləliklə 2021-ci ilin birinci rübü üzrə App Store-da 21 milyard dollar dəyərində tətbiq və oyun əldə edilib.

    Google Play-in isə həmin dövr üzrə gəliri 11 milyard dollar təşkil edib. Nəticədə ümumi hesabat dövrü çərçivəsində sözügedən platformalar ümumilikdə 32 milyard dollar gəlir əldə ediblər. Bu isə 2020-ci ilin birincü rüb göstəricisindən (23 milyrd dollar) 40% yüksəkdir. Analitiklərin fikirlərinə əsasən tətbiqlərə olan yüksək tələbat pandemiya ilə bağlıdır. Bu ilin birinci rübü ərzində istifadəçilər hərgün təqribi olaraq milyard oyun yüklənməsi reallaşdırıblar. Bu isə 2020-ci ilin birinci rübündəki göstəricidən 10% yüksəkdir.


    Android istifadəçiləri oyunlara 9 milyard dollar, iPhone iPad istifadəçiləri isə 13 milyard dollar xərcləyiblər. Hesabata əsasən dünyanın ən məşhur sosial şəbəkəsi TikTok olub. İstifadəçilər arasında ən məşhur tətbiqlər siyahısında ikinci yeri Facebook, üçüncü yeri isə Whatsapp tutub. Bununla belə ən çox gəlir qazanma üzrə ilk üçlükdə Youtube, TikTok və Tinder qərarlaşıblar. Mobil oyunlar üzrə ən çox yüklənmə sayına sahiblər arasında reytinqin ilk pillələrini Join Clash 3D Among Us, ən çox gəlir qazanma baxımından isə ROBLOX Genshin Impact oyunları tutublar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×