Instagram üçün möhtəşəm yenilik: Artıq Stories'ə (Hekayələrə) musiqi əlavə etmək mümkün olacaq
Sosial Media
08.05.2018
Nijat Hamid
Instagram üçün möhtəşəm bir yenilik daha gəlir. Belə ki, yaxın zamanlarda Story(Hekayələr)-ə musiqi əlavə etmək mümkün olacaq. Bildiyiniz kimi yaxın günlərdə Instagram Spotify və SoundCloud kimi servislərlə əlaqəli yenilənmişdi. Görünən odur ki, bu servislərdən daha çox istifadə etmək məqsədləri var.
TechCrunch verdiyi məlumatlarda bildirir ki, yaxın günlərdə Instagram Story(Hekayələr)-ə Spotify, Soundcloud kimi servislərdən musiqi əlavə etmək mümkün olacaq.
Instagram tətbiqinin Android versiyasında tapılan bəzi kodlara görə, belə bir funksiyanın istifadəsi mümkün ola bilər. Ishan Agarwel adlı şəxs tərəfindən tapılan koda əsasən, Instagram-a musiqi axtarış sistemi də gələ bilər. Musiqi tag sistemi də əlavə olunaraq, istifadəçilərin istəyini musiqini tapması daha asandlaşdırıla bilər. TechCrunch iddia edir ki, bu sistemin gəlməsi ən çox reklam vermək istəyən şirkəti Instagram-a çəkə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!