main-post-cover

    Fransız nazirlər öz fərdi cihazlarından TikTok-u silməli olacaqlar

    Sosial Media
    17.03.2023
    Farid Pardashunas
        Dünən məlum oldu ki, Böyük Britaniya hökuməti məmurlara TikTok sosial şəbəkəsinin xidməti cihazlarda istifadəsini qadağan edib. Bu tədbir keçən il ABŞ həkuməti tərəfindən təyin edilmiş tədbirə bənzəyir. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə məlum oldu ki, Avropa Komissiyasının üzvlərinə 15 mart tarixinə kimi xidməti cihazlardan TikTok-un silinməsi tələb olunub. İndi isə məlum olub ki, Fransa hökuməti də buna bənzər tədbirlər görməyə hazırlaşır.
        Bloomberg saytı qeyd edib ki, Fransanın nazirlər kabinetinin üzvləri fərdi cihazlarından TikTok-u və digər etibarsız tətbiqləri silməli olacaqlar. Fransa hökumətinin fikrincə xarici mənbəyə sahib sosial şəbəkələr və tətbiqlər yüksək səviyyəli məmurların fəaliyyətlərini əhatə edən konfidensial məlumatların əldə edilməsində digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, fransız nazirlərə artıq xidməti cihazlarda sosial şəbəkələrdən istifadə qadağan edilib. İndi isə bu cür qadağa həmçinin onların fərdi cihazlarını da əhatə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər