Elon Musk, Mars planetinə insanların köç etməsini süni zəka təhlükəsinə görə istəyir
Sosial Media
17.07.2017
Farid Pardashunas
“SpaceX” və “Tesla” kimi şirkətlərin CEO-su Elon Musk, süni zəkanın insan sivilizasiyası üçün olan ən böyük təhlükə adlandırıb.
Məlum olub ki, Musk məhz texnologiyaların üsyanı təhlükəsinə
görə insanları Mars-a göndərmək istəyir. Bu barədə Musk, ABŞ Qubernatorlarının
Milli Assosiasiyasının görüşündə bildirib. Elon Musk-ın sahib olduğu “Tesla” şirkəti,
bazarda maksimal dərəcədə mümkün olan avtonom funksiyalı avtomobilləri təqdim
edir. Lakin son bir neçə il ərzində süni zəka texnologiyası, Musk-ı bir qədər
qorxuya salır. Sözügedən görüş çərçivəsindəki çıxışı zamanı Musk, süni zəkanın
özü ilə gətirəcəyi təhlükələr barəsində danışıb. Musk-ın fikrincə robotlar və
alqoritmlər, insan nəzarətindən çıxacaq və onlara zərər yetirəcəklər. Onun
fikrincə insanlar buna hazır olmayacaqlar. Belə ki, onlar bu cür hadisəni
qeyri-real və fantastik hesab edirlər. Musk qeyd edib ki, hökümət əvvəllər də
müxtəlif problemlərin tənzimlənməsi üçün cavab tədbirləri görüb. Lakin həmin
vaxtlarda siyasətçilər, insanlığın varoluşuna fundamental təhlükə mənbəyi ola
biləcək məsələlər ilə qarşılaşmayıblar.
Öz işinin bir hissəsini Musk, riskin azaldılmasına yönəldir.
Belə ki, o, OpenAI adlı təşkilatın təsisçiləri siyahısına daxildir. Bu təşkilat
isə insanların xeyrinə çalışacaq süni zəka hazırlamaqla məşğuldur. Bundan əlavə
olaraq o bir neçə müddət bundan öncə “Neuralink” adlı şirkət də yaratdı. Həmin
şirkətin əsas məqsədi isə insanı birbaşa şəbəkəyə qoşulmağa imkan verəcək
xüsusi neyroçipləri yaratmaqdır. Daha bir çıxış yolu isə Mars planetinə olacaq
uçuşlardır. Öz çıxışı zamanı Musk qeyd edib ki, süni zəkanın, Yer kürəsini ələ
keçirəcəyi halda Mars planeti, B variantıdır. Söhbət zamanı Musk həmçinin
pilotsuz nəqliyyat növləri və elektomobillər haqqında da danışıb. Onun
proqnozlarına əsasən 10 ildən sonra ABŞ-dakı bütün yüngül nəqliyyat vasitəsiləri,
elektrik sisteminə keçəcək və tamamilə avtonom funksiyaya sahib olacaqlar.
2030-cu ilə kimi isə avtomobillər sükansız şəkildə istehsal olunacaqlar. Lakin
bununla yanaşı həmin avtomobillər təhlükəsiz olmayacaqlar. Belə ki, onları uzaqdan
hack etmək təhlükəsi olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!