Əlavə təhlükəsizlik həlli: Instagram'a SMS'siz ikifaktorlu yoxlanış sistemi gələcək
Sosial Media
18.07.2018
Farid Pardashunas
2 il bundan öncə Instagram hesablarının doğruluğunun təyin
edilməsi üçün ikifaktorlu yoxlanış sistemi bu məşhur servisə əlavə edilmişdi.
Lakin dələduzlar bu sistemdən yan keçməyi bacardılar. Belə ki, bu sistemin ən zəif
nöqtəsi Instagram hesabın telefon nömrəsinə bağlı olması idi. Çünki dələduzlar
istifadəçinin telefon nömrəsini əldə edə bilərdilər. Məlumata əsasən Instagram
bu problemin aradan qaldırılması yolunda çalışır. Instagram istifadəçiləri mobil nömrələrin oğurlanması
üzrə yenicə yayılmış dələduzluq üsulundan sonra narahat olmağa başladılar.
Belə
ki, müəyyən istifadəçi barəsində bəzi məlumatları yığandan sonra dələduzlar
mobil oepratora zəng edərək özlərini həmin qurban kimi təqdim edirlər. Bunu edəndən
sonra onlar guya ki, itmiş SIM kart nömrəsinin yeni SIM karta keçirilməsini istəyirlər.
Mobil nömrəni əldə edəndən sonra isə dələduzlar onun vasitəsilə online servis
hesablarının şifrələrinin bərpa olunmasını reallaşdıra bilirlər. Bununla belə həmin
şəxsləri təkcə istifadəçilərin bank hesabları maraqlandırmır.
Belə ki, qara bazarlarda
maraqlı adlara sahib Instagram hesablarına da böyük tələbat var. Beləliklə
Instagram-a gələcək yeni ikifaktorlu yoxlanış sisteminin menyusu da təqdim
olunub. Menyuda həmçinin Google Authenticator və Authy kimi kod generatorları
ilə giriş imkanı da var. Heç bir SMS təsdiqi yoxdur. Mütəxəssislər həmdə mobil
nömrəni servis hesablarına bağlamamağı da məsləhət görürlər. Yeni sistemin
Instagram-da nə zaman aktiv olacağı barədə heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ