Donald Trump öz sosial şəbəkəsini istifadəyə verməyi planlaşdırır
Sosial Media
23.03.2021
Farid Pardashunas
ABŞ-ın keçmiş prezidenti Donald Trump özünün sosial şəbəkə plaftormasını yaratmaq qərarına gəlib. Bu barədə keçmiş prezidentin baş köməkçisi Jason Miller, Fox News kanalına müsahibəsində bildirib. Müsahibə çərçivəsində o qeyd edib ki, Donald Trump öz platforması sayəsində yenidən sosial şəbəkələrə geri qayıdacaq. Bu barədə Reuters saytı xəbər verib. Məlumata əsasən keçmiş prezidentin sosial şəbəkə platforması 2-3 aydan sonra istifadəyə verilməlidir.
Təəssüflər olsun ki, Donald Trump-ın baş məsləhətçisi yeni sosial şəbəkə barəsində heç bir məlumat verməyib. O sadəcə qeyd edib ki, yeni sosial şəbəkə oyunun qaydalarını tamamilə dəyişəcək. Qeyd etmək lazımdır ki, son prezident seçkilərinin yekun nəticələrinin açıqlanmasına az müddət qalmış Donald Trump tərəfdarları ABŞ-ın Konqres binasını ələ keçirtmişdilər. Həmin vaxtda Trump Twitter vasitəsilə onların tərəflərini tutmuşdu. Bu isə öz növbəsində Twitter-in qaydalarını pozduğuna görə rəhbərlik Trump-ın istifadəçi hesabını ömürlük bloklamışdı. Daha sonra Facebook da keçmiş prezidentin hesabını boklamaq qərarını vermişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı