Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Sosial Media
07.05.2021 PAYLAŞIM

    Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək. Sosial şəbəkə ilə kontent yaradıcıları arasında bağlanacaq müqaviləyə əsasən Clubhouse 3 ay ərzində hər ay audioşou yaradıcılarına 5000$ ödəyəcək. Bu barədə The Verge sayt xəbər verib. Sosial şəbəkə bu cür kontentləri yaradacaq namizədləri artıq seçib. Onların siyahısı ilə bu linkdən tanış olmaq olar. Clubhouse bildirib ki, seçilmiş müəlliflər 10 may tarixindən başlayaraq sosial şəbəkə daxilində xüsusi audişouları təqdim edəcəklər.

    Nəticədə Clubhouse həmin şouların yaradıcılarına 3 ay ərzində hər ay 5000$ vəsait ödəyəcək. Clubhouse təmsilçiləri onu da qeyd ediblər ki, təqdim olunacaq audioşouların müəllif hüquqları onların yaradıcılarına məxsus olacaq. Təqdim olunacaq kontent məşhur olarsa Clubhouse onun maliyyələşdirilməsinin davamını nəzərdən keçirdəcək. Nəzəri cəhətdən bu cür addım Clubhouse-a yeni istifadəçiləri cəlb edə bilər. Belə ki, son zamanlarda bu sosial şəbəkəyə maraq getdikcə azalır.


    Qeyd etmək lazımdır ki, Clubhouse hələ də yalnız iOS istifadəçiləri üçün aktivdir və ora hələ də xüsusi dəvət vasitəsilə daxil olmaq olar. Buna baxmayaraq tətbiqin Android versiyası hazırlanma mərhələsindədir və Clubhouse təmsilçilərinin sözlərinə əsasən tətbiqin Android versiyası yaxın aylarda istifadəyə veriləcək. Clubhouse-un ani olaraq sürətlə məşhurlaşmasından sonra digər sosial şəbəkələr və servislər də öz platformalarında audio vasitəsilə ünsiyyət funksiyasını istifadəyə verdilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..

×