'Baby Shark' uşaq mahnısının videosu Youtube-da 10 milyard baxış sayını yığmış ilk video oldu

'Baby Shark' uşaq mahnısının videosu Youtube-da 10 milyard baxış sayını yığmış ilk video oldu

Sosial Media
14.01.2022 PAYLAŞIM

    Məşhur Youtube videoservisinin mövcud olduğu 17 il ərzində ilk dəfə olaraq bu platformada yerləşdirilmiş videolardan biri rekord göstəricidə baxış sayı yığa bilib. İndiyənə kimi hələ heç bir video 10 milyard baxış göstəricisini əldə etməmişdi. Lakin bu video sözügedən nailiyyəti əldə etdi. “Baby Shark” adlı mahnıya çəkilmiş video 2020-ci ilin noyabr ayında Youtube platformasının ən çox izlənilən videosu statusunu əldə etmişdi. İndi isə sözügedən video daha bir rekorda imza atıb. Belə ki, “Baby Shark” videosu ən çox baxış sayını yığmış video statusunu əldə edib.


    Hal hazırda videonun baxış sayı 10.007.771.023 təşkil edir. Qeyd etmək lazımdır ki, Youtube servisinin ən çox baxış sayına sahib videolar reytinqində ikinci yeri hələ də məşhur “Despacito” mahnısı tutur. Reytinqin üçüncü pilləsini uşaqlar üçün nəzərdə tutulmuş daha bir mahnı tutur. Söhbət, “Johny Johny Yes Papa” mahnısından gedir. Bir vaxtlar məşhur olmuş “Gangnam Style” mahnısının klipi reytinqin ilk onluğundan çıxaraq 11-ci yeri tutur. Onun baxış sayı isə 4.31 milyard təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×