Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

Sosyal Medya
29.07.2019 PAYLAŞIM

    Qlobal informasiya-kommunikasiya texnologiyalarının ən son trendlərini daha əlçatan etməyi hədəfləyərək fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell Telekom iyul-avqust aylarında “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.

    “Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni “Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan “İmzanı Tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan “İmzanı Tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir.

    Bununla yanaşı, festival çərçivəsində Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.

    Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi Instagram və Facebook səhifələrini izləməyi unutmayın!



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook geri addım atdı:WhatsApp-da reklam göstərmək fikrindən imtina edildi..

Dünya nəhəngi Facebook, bir müddət əvvəl WhatsApp-da reklam göstərmək istəyirdi. Lakin bu gün çıxan ..


'Azercell Telekom' MMC-nin 'Mobil Diş Klinikası' hesabatını açıqladı

“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlə..


Instagram mesajlarını web üzərindən cavablamaq olacaq

İnstagram istifadəçilərin tələblərini nəzərə alaraq artıq web sayt üzərindən də mesajları cavablamağ..


Facebook-un veb versiyasının yeni dizaynı test edilir

Keçən ilin may ayında Facebook şirkəti öz sosial şəbəkəsində böyük dizayn dəyişikliyini anons etmişd..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə 2019-cu ..

Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Az..


İnnovativ "Mobil Ödəmə" xidməti artıq Azərbaycanda!

Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar..