ABŞ dəniz donanması TikTok istifadə etməyi qadağan etdi

ABŞ dəniz donanması TikTok istifadə etməyi qadağan etdi

Sosyal Medya
23.12.2019 PAYLAŞIM

        TikTok son illərdə bir xeyli məşhurlaşan platformalardan biridir. Musiqi seçimləri ilə istifadəçilərə video çəkmək imkanı yaradan TikTok müxtəlif xəbərlər ilə gündəmə gəlir. Bu səfər ABŞ hərbi dəniz donanmasında əsgərlərin telefonlarında TikTok istifadə etməyi qadağan edildi. Əsas səbəb olaraq təhlükəsizliyi pozduğu və Çinə məlumat ötürdüyü deyilir.

ABŞ hərbi dəniz donanması əsgərlərə verilən telefonlarda TikTok istifadə etməyi qadağan etdi.

        Bilindiyi kimi TikTok Çin mərkəzli bir platformadır. Bu səbəb ilə ABŞ dövlət qurumlarının diqqətini çəkə bilir. Keçən günlərdə ABŞ-da bir gənc TikTok platformasına qarşı məhkəmə iddiası qaldırmış və platformanın istifadəçilərin şəxsi məlumatlarınl Çin dövləti ilə paylaşdığını səsləndirmişdi. Bu xəbərin ardından ABŞ-dakı dövlət qurumları da narahat olmuş kimi görünür. Yeni qadağaya əsasən Dəniz Donanmasına dövlət tərəfindən verilən telefonlara TikTok yükləmək mümkün olmayacaq. Bu tətbiq açıqlamada Kiber Təhlükəsizlik Riski olaraq adlandırılıb. Həmçinin tətbiqi daha əvvəl yükləmiş dəniz donanmasının əsgərləri Navy Marine Corps Intranet adlı sistemə giriş icazələrinin olmayacağı bildirildi. Qeyd edək ki, donanma əsgərlərinin onlara verilən telefonlarla sosial media tətbiqlərini istifadə etməsinə icazə verilir. ABŞÇin arasında gərginliyin artması artıq digər sektorlara da yansımağa başlayır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Səsli mesajlardan pul qazanmaq olacaq: Facebook yeni tətbiq üzərində çalışır..

Facebook şirkəti sosial şəbəkə istifadəçiləri üçün Pronunciations adlı tətbiqin işə salınmasını plan..


Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyarının inkişafına daima töhfə verən Azercell şirkət..


İlk Novruz hədiyyəniz Azercell-dən olsun!

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Teleko..


Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar..

Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda i..


Azercell transformasiya ilinin nəticələrini açıqladı

2019-cu ilin hesabat konfransında lider mobil operator texnoloji uğurları və gələcək perspektivləri ..


Növbəti məhkəmə iddiası: Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır..

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb...