main-post-cover

    Yaponiyadakı şirkətlər öz əməkdaşlarına ChatGPT və ona bənzər süni zəka servislərindən istifadəni qadağan edirlər

    Proqram Təminatı
    Servislər
    14.03.2023
    Farid Pardashunas
        SoftBank Hitachi də daxil olmaqla Yaponiyanın digər şirkətləri öz əməkdaşlarına iş zamanı ChatGPT-yə bənzər süni zəka servislərindən istifadəni qadağan etməyə başlayıblar. Məlumata əsasən bu, şirkətlərin daxilində olan konfidensial məlumatların sızdırılmaması üçün nəzərdə tutulub. Məsələn, SoftBank şirkət barəsində identifikasiya edilə bilən məlumatların və ya digər konfidensial məlumatların süni zəka servisi vasitəsilə emal edilməsini qadağan edib. Hitachi şirkəti isə yeni növ süni zəka servislərindən istifadə məsələsində yeni etik qaydaların tərtib edilməsini nəzərdən keçirdir. Fujitsu şirkəti ChatGPT və ona bənzər digər süni zəka əsaslı servislərin istifadəsi zamanı ortaya çıxa biləcək bəzi etik və hüquqi problemlər barəsində əməkdaşlara bildiriş göndərib.
        Bundan əlavə olaraq Fujitsu daxilində xüsusi İT şöbə də yaradılıb və həmin şöbə süni zəka servislərindən istifadəyə qərar verib-verilməməsini müəyyənləşdirəcək. Qeyd etmək lazımdır ki, bu mövzuda şirkətlərin konfidensial məlumatlarının sızdırılmasından əlavə digər risklər də mövcuddur. Məlumdur ki, bir çox halda ChatGPT istifadəçilərə səhv məlumatları təqdim edir. Bu isə öz növbəsində ondan korporativ səviyyədə istifadənin şirkətlər daxilində qadağan edilməsinə gətirib çıxarır. Mütəxəssislərin fikirlərinə əsasən bu cür süni zəka servislərindən istifadə şirkət əməkdaşlarının daha diqqətsiz olmalarına səbəb olur. Şirkət əməkdaşları özləri də anlamadan şirkətin konfidensial məlumatlarını çat-bot ilə ünsiyyət zamanı qeyd edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər