main-post-cover

    Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı alqoritm təqdim edilib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    21.03.2023
    Emil Nəcəfov
        Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin tərtibatçıları Runway Gen-2 adlı süni zəka alqoritmini təqdim ediblər. Sözügedən süni zəka alqoritmi mətn formatında təsvirlər əsasında videoların tərtib edilməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, Runway Gen-2 mətn formatında təsvirlər əsasında 3 saniyəlik videolar tərtib edə bilir. Qeyd etmək lazımdır ki, Runway Gen-1 videoların tərzlərini dəyişmək və statik fotolar əsasında videoların tərtib edilməsi üçün nəzərdə tutulmuşdu.
        Runway Gen-2 isə əvvəlki versiyadan fərqli olaraq mətn formatlı təsvirlər əsasında sıfırdan videoların tərtib edilməsi ilə məşğul olur. “Runway Gen-2 vasitəsilə istənilən şəxs dünyanın istənilən yerində təsəvvür edə biləcəyi hər bir şeyi video formatında tərtib edə biləcək” - deyə süni zəka alqoritminin tərtibatçıları qeyd ediblər. Tərtibatçılar Runway Gen-2-nin hamı üçün nə zaman aktiv olacağı barəsində məlumat verməyiblər. Onlar sadəcə qeyd ediblər ki, bu, yaxın zamanda baş verəcək. Bununla yanaşı onlar istifadəçiləri süni zəka alqoritminin yeni versiyasından istifadə üçün gözləmə siyahısında qeyd edilməyə dəvət ediblər.
    Linki kopyala