main-post-cover

    Google şirkəti proqramçılara yardım üçün nəzərdə tutulmuş Codey adlı süni zəka əsaslı çat-botu anons edib

    Proqram Təminatı
    Servislər
    12.05.2023
    Farid Pardashunas
        Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində proqramçılara yardım üçün nəzərdə tutulmuş süni zəka əsaslı çat-botu təqdim edib. Təqdim edilmiş çat-bot Google Codey adını əldə edib və o, GitHub-ın Copilot alətinin rəqibidir. Google Codey-nin əsasında eyniadlı neyron şəbəkəsi dayanır. Həmin neyron şəbəkəsinin əsasını isə PaLM 2 adlı böyük dil modeli təşkil edir. Google Codey proqram təminatı kodlarının yazılması zamanı proqramçının köməkçisi rolunda çıxış edir.
        Şirkət Codey-ni böyük həcmli açıq mənbəli kodlar vasitəsilə təlimatlandırıb. Təlimatlandırmada həmçinin Google şirkətinin məhsullarındakı kodlar da istifadə edilib. Google Codey şirkət servislərinin ekosisteminin inteqrasiyasını əldə edib. Google Codey-də Go, Java, JavaScript, Python SQL kimi proqramlaşdırma dillərinin dəstəyi mövcuddur. Google Codey ilk növbədə şirkətin məhdud sayda müştərisi üçün aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər