Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildirməyə başlayıb

Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildirməyə başlayıb

Servislər
27.04.2022 PAYLAŞIM

    Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün anons etmiş olduğu yeni funksiyanın istifadəyə verilməsinə başlayıb. Belə ki, Google Play Store smartfona quraşdırılmış bu və ya digər tətbiqin hansı istifadəçi məlumatlarını yığdığı barəsində məlumat verir. Bu yeni funksiya tədricən bütün qrupları əhatə edən istifadəçilər üçün aktivləşdiriləcək. Tərtibatçılar isə öz tətbiqlərinin hansı istifadəçi məlumatlarını yığdıqları barəsində ətraflı məlumatları Google Play Store-un həmin bölməsinə 20 iyul tarixinə kimi əlavə etməlidirlər. Google şirkətinin verdiyi məlumata əsasən tətbiqlər mağazasında olan əlavə bölmə sayəsində istifadəçilər tətbiqlər tərəfindən yığılan məlumatlar, tərtibatçıların həmin məlumatları üçüncü tərəflərlə bölüşüb-bölüşmədikləri və ya ümumiyyətlə məlumatların ötürülməsi zamanı onların necə şifrələndikləri barəsində ətraflı məlumatları əldə edəcəklər.


    Tərtibatçılar isə öz növbələrində yğılan konfidensial məlumatların növlərini qeyd etməlidirlər. Beləliklə siyahıya cihazın yerləşdiyi yer, maliyyə məlumatları (alış-veriş tarixçəsi, kredit reytinqi və s.), istifadəçi səhhəti barəsində məlumatlar, mesajlar, kontaktlardakı telefon nömrələri, fayllar və sənədlər, tətbiqlərdə yerinə yetirilən əməliyyatlar, brauzer tarixçəsi, cihazın performansı və diaqnostikası barəsində məlumatlar və həmçinin cihazın identifikatorları daxildir. Yəni tərtibatçılar Google Play Store-da öz tətbiqlərinin sadalanmış bu məlumatlardan hansılarını yığdıqları, bunun hansı məqsədlə yerinə yetirildiyini, yığılan məlumatların üçüncü tərəflərə ötürülüb-ötürülmədiyini və onların necə şifrələndiklərini qeyd etməlidirlər.

    Məlumatda qeyd edilib ki, yığılan konfidensial məlumatlar barəsində yalan məlumatların qeyd edilməsi öz növbəsində bu və ya digər tətbiqin Google Play Store-dan silinməsinə səbəb olacaq. Google qeyd edib ki, yeni konfidensiallıq siyasətini əhatə edən formanı hətta heç bir konfidensial məlumatı yığmayan tətbiqlərin tərtibatçıları da doldurmalı olacaqlar. Bundan əlavə olaraq tərtibatçılar özlərinin konfidensiallıq siyasətlərinə yönləndirəcək linkləri də yerləşdirməli olacaqlar. Qeyd etmək lazımdır ki, bu cür özəllik 2020-ci ilin sonunda App Store-da istifadəyə verilmişdi. Daha sonra Google şirkəti də öz platformasında onun istifadəyə verilməsinə qərar verdi. 



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×