Reklam
Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Servislər
07.04.2022 PAYLAŞIM

    Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq. Bu cür tətbiqlərdən istifadə edən şəxslər üçün onlar hələ də əlçatan olacaqlar. Lakin yeni istifadəçilər sözügedən tətbiqləri tapa və öz cihazlarına quraşdıra bilməyəcəklər. Verilmiş məlumata əsasən Google Play Store-da 3.5 milyon tətbiq mövcuddur. Onlardan çoxu isə artıq uzun müddətdir ki, müasir proqram təminatı tələblərinə cavab vermir. Çox halda bu cür tətbiqlər heç bir təhlükə mənbəyi daşımırlar. Lakin buna baxmayaraq Google şirkəti istifadəçilər üçün ola biləcək riskləri minimuma endirmək istəyir. Beləliklə şirkət bu ilin noyabr ayından başlayaraq köhnə tətbiqləri Google Play Store daxilində gizlətməyə başlayacaq.

    Bu cür tətbiqlərdən istifadə edənlər onlardan istifadə etməyə davam edə biləcəklər. Sözügedən tətbiqlərin istifadəçiləri həmin tətbiqləri Play Store-da tapa biləcəklər və hətta yeni smartfona keçid və ya mövcud smartfondakı ayarların sıfırlanması halında da onları yenidən yükləyə biləcəklər. Google şirkətinin yeni strategiyası məhz köhnə tətbiqləri öz cihazlarına heç zaman quraşdırmamış istifadəçiləri əhatə edir. Söhbət, mövcud Android API versiyasından 2 yaş daha böyük olan Android API-ya sahib tətbiqlərdən gedir.


    Başqa sözlə desək, Android 10 və daha əvvəlki Android versiyalar ilə uyğunlaşan tətbiqlər yeni istifadəçilərdən gizlədiləcək. Google şirkətinin sözlərinə əsasən bu üsul ilə istifadəçilər yeni Android versiyalarının təqdim etdikləri bütün təhlükəsizlik və konfidensiallıq funksiyalarından istifadə edə biləcəklər. API-ya olan tələblərin sərtləşdirilməsi isə öz növbəsində istifadəçiləri lazımi təhlükəsizlik səviyyəsinə sahib olmayan köhnə tətbiqlərin quraşdırılmasından qoruyacaq. Bu və ya digər tətbiqin Google tələblərinə uyub-uymaması birbaşa tərtibatçıdan asılı olacaq. Tərtibatçıların çoxu öz tətbiqlərini daimi şəkildə yeniləyirlər. Buna görə də Google şirkətinin yeni qərarı aktual olan tətbiqlərin istifadəçilərini əhatə etməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatla..


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət niş..


Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq ..


Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz ..

Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də isti..

×