main-post-cover

    Çinin yerli texnoloji şirkətlərinə ChatGPT-dən istifadə qadağan edilib

    Proqram Təminatı
    Servislər
    23.02.2023
    Farid Pardashunas
        Çat-botların çox zaman istifadəçilərə gözlənilməz cavablar təqdim etmələrinin fonunda Çinin nizamlayıcı orqanları yerli texnoloji şirkətlərə süni zəka əsaslı ChatGPT vasitəsilə çalışan servislərdən istifadəni qadağan ediblər. Verilmiş məlumata əsasən Tencent Holdings şirkəti və Alibaba Group Holding-in fintech şöbəsi olan Ant Group öz platformalarında ChatGPT əsasında çalışan servislərdən birbaşa və ya üçüncü tərəflər vasitəsilə istifadə etməmək üzrə təlimatlar əldə ediblər. Bundan əlavə olaraq təyin edilmiş yeni qaydaya əsasən Çinin yerli texnoloji şirkətləri ChatGPT analoqunu hazırlamaq istədikləri zaman bu barədə nizamlayıcı orqanlara məlumat verməlidirlər.
        ChatGPT rəsmi şəkildə Çində aktiv olmasa da, istifadəçilər VPN servislər vasitəsilə ondan istifadə edə bilirlər. Bundan əlavə olaraq Tencent-ə məxsus olan WeChat supertətbiqi daxilində ChatGPT texnologiyası vasitəsilə çalışdığı iddia edilən çoxlu sayda tətbiq mövcuddur. Verilmiş məlumata əsasən nizamlayıcı orqanların təzyiqləri səbəbilə Tencent WeChat daxilində bu cür servislərin bəzilərini bloklayıb. Çin dövlətinin xidmətində olan China Daily saytı bu həftənin əvvəlində qeyd etmişdi ki, ChatGPT çat-botu dezinformasiyanı yaya və ABŞ-ın geosiyasi maraqları istiqamətində istifadəçilərin fikirlərini manipulyasiya edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər