Reklam
ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Servislər
01.08.2022 PAYLAŞIM

    Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət nişanları və patentləri üzrə təşkilatına TikTok Music adlı servisin qeydiyyatdan keçirilməsi sorğusunu göndərmişdi. TikTok Music adlı ticarət nişanını musiqi kontentlərinin oynadılması, yüklənməsi və bölüşülməsi üçün nəzərdə tutulmuş tətbiqdə istifadə etmək mümkün olacaq. TikTok musiqi sahəsində yeni şəxslərin kəşf edilməsi üçün nəzərdə tutulmuş ideal alətlərdən birinə çevrilib. Bir çox musiqi TikTok-da sürətlə yayılan videoların tərkibləri çərçivəsində məşhurlaşır. ByteDance şirkətinin keçən ilki hesablamalarına əsasən TikTok daxilindəki 175 məşhur musiqi nəticədə Bilboard 100 çartına kimi yüksələ bilib. Musiqi sahəsində fəaliyyət göstərən britaniyalı investorlardan biri isə təsdiqləyib ki, TikTok-da məşhur olan musiqilər Youtube-dakı baxış və Spotify-dakı dinlənmə sayını yüksəldirlər.


    Bununla belə TikTok öz musiqi servisinə sahib deyil. İstifadəçilər bu halda TikTok daxilində kəşf edilmiş maraqlı musiqiləri dinləmək üçün Spotify Apple Music kimi servislərə üz tuturlar. ByteDance şirkəti Resso adlı fərdi musiqi servisinə sahib olsa da, o, yalnız Hindistanda, Braziliyada və İndoneziyada aktivdir. Görünür, şirkət bu vəziyyəti dəyişmək qərarına gəlib. Şirkətin keçmiş əməkdaşlarından birinin sözlərinə əsasən ByteDance Resso musiqi servisini TikTok Music adı altında daha çox regionda istifadəyə verməyi nəzərdən keçirdir. Belə ki, musiqi servisi Britaniya və Avstraliyada istifadəyə verilə bilər. Resso adlı musiqi servisi isə öz növbəsində musiqi sevənlər arasında çox məşhurdur və digər bu cür servislərə rəqabət məsələsində ciddi təhlükə yarada bilər. Onun interfeysi TikTok-u xatırladır. İstifadəçilər sözügedən servisdə musiqiləri aşağı-yuxarı sürüşdürməklə onlara qulaq asa və hətta onlara rəylər də əlavə edə bilirlər.

    SensorTower şirkətinin verdiyi məlumata əsasən bu ilin yanvar ayından may ayına kimi Resso musiqi servisi App Store Google Play-də ümumilikdə 42.3 milyon dəfə yüklənilib. Musiqi servisinin ümumi yüklənmə sayı isə artıq 184 milyona çatıb. ByteDance şirkəti tərəfindən TikTok Music-in qeydiyyatdan keçirilməsi üçün göndərilmiş sorğuda qeyd edilib ki, servis həmçinin canlı səs yayımları funksiyasını, podkastları və radionu əldə edə bilər. Bu isə birbaşa Spotify və Apple Music ilə rəqabət aparmaq deməkdir. Bundan əlavə olaraq ByteDance bu il SoundOn adlı platformanı istifadəyə verdi. Sözügedən platforma karyeralarına yenicə başlayan musiqiçilərə öz istifadəçi kütlələrini tapmaqda yardımçı olur. Bu platformadan istifadə edən musiqiçilər öz musiqi bəstələrini birbaşa TikTok-a və Resso-ya yükləyə bilirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatla..


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq ..


Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz ..

Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də isti..

×