Reklam
Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

Reklam və Marketinq
03.07.2022 PAYLAŞIM

    Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verən “Azercell Telekom” rəsmi Instagram hesabı vasitəsilə iyunun 29-u gənc bəstəkar Xan Bəyli və aparıcı DJ Fatehin iştirakı ilə canlı yayım keçirib“Musiqi dinləyək, söhbət edək” rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışıb. Yaradıcılığında Azərbaycan və dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycandakı pərəstişkarları ilə yanaşı, Amerikadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.


    Xatırladaq ki, bu ilin martında Novruz bayramı münasibətilə Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəylinin ABŞ-da konserti təşkil olunub. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezdə təqdim edən əsərləri ilə tanınır. Məşhur sənətçilərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.

    Gənc bəstəkar Xan Bəylinin ən son bəstəsini dinləmək üçün https://www.youtube.com/watch?v=TYAZbkBX3es səhifəsinə keçid edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-dən açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə..


Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto..

Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin t..


Külək olmadan sərinlə: WindFree™ texnologiyası bizim həyatımıza necə təsir edir?..

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında ..


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı ..

Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil inte..


Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir..

Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb


Bir tədbirdən daha böyük: 'Samsung' yeni sıçrayışa hazırlaşır

Avqustun 10-da, saat 19:00-da dünya texnologiyasının liderlərindən “Samsung”un yeni smartfonunun “Ga..

×