LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb

LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb

Reklam və Marketinq
10.07.2021 PAYLAŞIM

    Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii Slieptsov məktəbin “Bayıl” korpusunda imzalayıblar. 

    Sənəd informasiya-kommunikasiya texnologiyaları və digər qarşılıqlı maraq dairəsində olan layihələrin tərtibatı və icrasını nəzərdə tutur. Müqavilə əsasında 2021-ci ilin Sentyabr ayından etibarən LANDAU School-un IT üzrə dərslərini STEP IT Academy tərəfindən təqdim olunmuş mütəxəssislər kurrikulum əsasında tədris edəcəklər. Dərs gününün sonunda isə məktəblilər STEP IT Academy-nin müntəzəm dərslərinə elə LANDAU School-un binasından qoşula biləcəklər. 


    T.Leznik müasir qloballaşan dünyada kompüter texnologiyalarının rolunun artdığını qeyd edərək, distant təhsilə keçiddə rəqəmsal platformaların əhəmiyyətini vurğuladı.

    Timur Leznik bildirdi ki, "pandemiya və onun nəticəsi olaraq onlayn təhsil, əlverişli öyrənmə atmosferini təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinə, mümkün problemlərin aradan qaldırılmasına və qarşısının alınmasına ehtiyac olduğunu göstərdi. STEAM-təhsil həyata keçirən bir məktəb olaraq, kompüter texnologiyaları sahəsində əməkdaşlıq, tələbələrimizin bu sahədə bililərini artırmaq da bizim üçün prioritetdir. İnanıram ki STEP IT Academy ilə əməkdaşlığın genişləndirilməsi buna qatqı təmin edəcək. " 

    Oleksii Slieptsov isə bildirdi ki, “STEP IT Akademiyasında təlim baxımından yüksək standartlar qoyacaq bir ortaq məktəbi axtarışında uzun bir yol keçmişik. LANDAU School ilə tanış olduqdan sonra tələbələrin proqramımızın öhdəsindən problemsiz gələ biləcəyinə əmin olduq və tərəfdaşlığımızın təkcə Azərbaycanda deyil, bütün dünyada İT sahəsinin inkişafına xidmət edəcəyinə sevinirik".

    LANDAU School, Bakı şəhərində yerləşən, təhsilin Azərbaycan, ingilis və rus dillərində aparıldığı özəl orta məktəbdir. Məktəbin İngilis bölməsində dərslər Böyük Britaniya kurrikulumuna əsasən aparılır - Edexcel Pearson proqramı; IGCSE və A-Level. Məzun olduqdan sonra isə şagirdlər milli attestat da daxil olmaqla 2 attestat alırlar. 

    STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 20 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi!

Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər tələbə adını qaza..


Samsung, Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 üçün xüsusi öncədən sifariş aksiyası..

Günümüzdə Samsung yeni nəsil qatlanan ekranlı smartfonları Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 -i təq..


Samsung Unpacked - ilk dəfə Azərbaycanda!

DJ Tural, Orxan Aslanov, Taleh Yüzbəyov, Çingiz Mustafayev, DJ Fateh və başqalarını nə bağlayır? Söz..


Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu..

Şirkət abunəçilərinə Busuu və Bookmate tətbiqlərindən əlverişli şərtlərlə isitfadə imkanı təqdim edi..


İyul-avqust aylarında 'Uşaq Qaynar Xətt Xidməti'nə 800-ə yaxın müraciət daxil ol..

On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbayc..


Azercell İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları və qaziləri üçün peşə ..

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi..

×