Reklam
'Kontakt'ın dəstəyilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' layihəsinin IV mərhələsi yekunlaşıb - FOTO

'Kontakt'ın dəstəyilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' layihəsinin IV mərhələsi yekunlaşıb - FOTO

Reklam və Marketinq
06.07.2022 PAYLAŞIM

    “Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və “FemTech” platformasının təşkilatçılağı ilə “Her Improvement” proqramının dördüncü – “Biznes və proqramlaşdırma təlimləri” mərhələsi uğurla başa çatıb.


    Yeniyetmə qızların inkişafına yönələn proqramın bu mərhələsində 25 nəfər proqram iştirakçısına intensiv “Proqramlaşdırma”, “İnnovativ sahibkarlıq və startap düşüncə tərzi”, “Biznes Model Kanvas”, “Strateji planlaşdırma”, “Bazar araşdırması”, “Minimum işlək məhsul”, “Müştəri əlaqələri və satış”  həmçinin “Büdcə planlanması” mövzularında təlimlər keçirilib.

    Qeyd edək ki, “Kontakt”ın dəstək olduğu “Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.

    Layihənin növbəti – inkubasiya (mentorinq) mərhələsində iştirakçılar komanda olaraq biznes və proqramlaşdırma üzrə mentorlarla mütəmadi görüşmə və onlara suallarını ünvanlama imkanı qazanacaqlar. Proqramın final mərhələsinin isə avqust ayında reallaşması nəzərdə tutulur. 

    Xatırlaqdaq ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı”na sadiq qalaraq bu istiqamətdə davamlı layihələr həyata keçirir.

    Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-dən açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə..


Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto..

Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin t..


Külək olmadan sərinlə: WindFree™ texnologiyası bizim həyatımıza necə təsir edir?..

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında ..


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı ..

Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil inte..


Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir..

Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb


Bir tədbirdən daha böyük: 'Samsung' yeni sıçrayışa hazırlaşır

Avqustun 10-da, saat 19:00-da dünya texnologiyasının liderlərindən “Samsung”un yeni smartfonunun “Ga..

×