'Kontakt Home' əməkdaşları üçün könüllü vaksinasiya təşkil etdi

'Kontakt Home' əməkdaşları üçün könüllü vaksinasiya təşkil etdi

Reklam və Marketinq
20.05.2021 PAYLAŞIM

    Ölkənin qabaqcıl elektronika və mebel şəbəkələrindən olan Kontakt Home TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına köməklik göstərib.

    Vaksinasiya prosesi TƏBİB-in səyyar briqadaları tərəfindən Kontakt Home-un ofisində aparılıb. Əməkdaşlar müayinədən keçdikdən, onlarla profilaktik söhbətlər aparıldıqdan və əks göstərişlərin olmadığına əmin olduqdan sonra ilk doza peyvənd olunublar.


    “3000-ə yaxın əməkdaşı olan şəbəkə kimi cəmiyyət qarşısındakı sosial öhdəliyimizi anlayırıq. Vaksinasiya həm əməkdaşlarımızın, eyni zamanda xidmət sektorunun fəal iştirakçısı kimi həm də müştərilərimizin sağlamlığı üçün önəmlidir” deyə “Kontakt Home”dan bildiriblər.

    Bundan başqa şəbəkə “Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə “VaksinAksiya” kampaniyasına başlayıb. Belə ki, mayın 31-dək COVID əleyhinə peyvənd olunmuş şəxslər Kontakt Home mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz, faizsiz və komissiyasız tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcəklər.

    Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” Samsung, LG, Bosch kimi 30-dan çox dünya brendinin rəsmi, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəzidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..


Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müş..


LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb..

Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii ..


Azercell-in rəqəmsal xidmətləri 'Umico'da!

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edir! ..


Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə d..

2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub..

×