Reklam
Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2022 müsabiqəsi başlayır

Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2022 müsabiqəsi başlayır

Reklam və Marketinq
23.05.2022 PAYLAŞIM

    Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CTF2022 başlayır. Komandalar və fərdi iştirakçılar üçün müsabiqəyə qeydiyyat www.ctf.az saytında açıqdır. Artıq dördüncü ildir ki, təşkil olunan yarışma çərçivəsində ölkənin hər yerindən olan kibertəhlükəsizlik üzrə mütəxəssislər bir araya gələrək güclərini sınayacaqlar. CTF formatı, kompüter sistemlərinə hücum və müdafiə sahəsində mütəxəssislərin bacarıqlarını qiymətləndirməyə imkan verir.

    İştirakçılara veb və binar tətbiqetmələrdə zəifliklərin istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. mövzularda tapşırıqların həllini onlayn rejimdə tapmaq təklif ediləcəkdir. Bu il yarışma əlavə müsabiqə tapşırıqları hesabına genişləndiriləcəkdir.


    İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

    Yarışın təşkilatçıları “SmartIT” şirkəti və “Kapital Bank Cybersecurity” Komandası, tərəfdaşları isə “BAKOTECH” və “SOFTPROM” şirkətləridir.

    CTF Azərbaycanına aid vacib məqamlar:

    Müsabiqədə iştirak üçün qeydiyyat mayın 23-dən müsabiqənin saytında (www.ctf.az) start götürmüş və iyunun 2-dək davam edəcəkdir.

    Müsabiqə günü, 3 iyun saat 11:00-dan 23:00-dək onlayn yarışlar keçiriləcək və tapşırıqlar yerləşdiriləcəkdir.

    10 iyun tarixində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək və ilk üç yeri tutan qaliblər açıqlanacaqdır. 

    Müsabiqənin mükafat fondu 6000 AZN ekvivalentində müəyyən edilib. 

    Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılacaqdır.

    Bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edirik. 

    Müsabiqənin saytı: www.ctf.az

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt'ın Qurban bayramı kampaniyasından yararlanmağınız üçün 3 ƏSAS SƏBƏB ..

Birliyin və həmrəyliyin rəmzi olan Qurban bayramı “Kontakt”a nağd alışda endirimli, hissəli alışda s..


'Kontakt'ın dəstəyilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' layihəsi..

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və “FemTech” platformasının təşkilatçılağı ilə “Her Improvem..


Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!

Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil ..


Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

ABŞ-da yaşayaraq fəaliyyət göstərən soydaşımız gənc bəstəkar və ifaçı Xan Bəyli Azercell-in Instagra..


'Kontakt'ın 'Şeş-Qoşa' kampaniyasında beşinci avtomobil uduldu

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq beşinci avtomobil uduldu. ..


'Kontakt' ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

İlk dəfə ölkə hüdudlarından kənarda – Gürcüstanın paytaxtı Tbilisidə elektronika mağazasını açan 100..

×