'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının Qorunması Həftəsi' baş tutdu

'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının Qorunması Həftəsi' baş tutdu

Reklam və Marketinq
01.06.2023 PAYLAŞIM

    “Azercell Telekom” MMC Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlər həyata keçirdi.

    Bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif fəaliyyətlərdən ibarət proqram həssas qrupa aid uşaqları (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) əhatə etdi. 


    Layihə çərçivəsində Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayan uşaqlarla görüş keçirildi, tanınmış simalar öz uğur-motivasiya hekayələrini bölüşdülər. Həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar baş tutdu.

    Həftəlik uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanalları və AUQX xidməti barədə maarifləndirici aksiya, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans ilə başa çatdı.



DAHA ÇOX


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..


'Azercell Telekom' MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğin..


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyası böyük uduşlarla başa çatdı

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası son final həftəsini təqdim edib. ..


Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!..

Bakı. 15.09.2023. “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı s..

×