'Azercell'in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

'Azercell'in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

Reklam və Marketinq
25.06.2021 PAYLAŞIM

    “Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb. İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə  Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb. 

    “For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən “White Square” festivalında  dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında #QadınDediyin çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir. 


    Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir. Milli Olimpiya Komitəsi və “Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz  hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər. 

    Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və bloqqerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85%-i müsbət geri dönüş olmaqla, ümumilikdə 3.8 milyon insana çatdırılıb. Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən #QadınDediyin layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə bacarıb.  

    Qeyd edək ki, Azercell şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. #QadınDediyin layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında iki yüksək mükafat alıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi!

Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər tələbə adını qaza..


Samsung, Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 üçün xüsusi öncədən sifariş aksiyası..

Günümüzdə Samsung yeni nəsil qatlanan ekranlı smartfonları Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 -i təq..


Samsung Unpacked - ilk dəfə Azərbaycanda!

DJ Tural, Orxan Aslanov, Taleh Yüzbəyov, Çingiz Mustafayev, DJ Fateh və başqalarını nə bağlayır? Söz..


Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu..

Şirkət abunəçilərinə Busuu və Bookmate tətbiqlərindən əlverişli şərtlərlə isitfadə imkanı təqdim edi..


İyul-avqust aylarında 'Uşaq Qaynar Xətt Xidməti'nə 800-ə yaxın müraciət daxil ol..

On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbayc..

×