100 mindən çox Azercell abunəçisinə 5GB aylıq internet paketi hədiyyə olunub

100 mindən çox Azercell abunəçisinə 5GB aylıq internet paketi hədiyyə olunub

Reklam və Marketinq
22.06.2021 PAYLAŞIM

    Azercell-in 5 GB aylıq internet paketi qazandıran kampaniyası davam edir. Ötən ilin oktyabrında başlayan kampaniya çərçivəsində artıq 100 mindən çox Azercell abunəçisinin SİM kartı dəyişdirilib. Onların hər birinə ödənişsiz əsaslarla 4G-ni dəstəkləyən yeni SİM kartla yanaşı, 5Gb aylıq internet paketi də hədiyyə olunub.  

    Müasir dövrün çağırışları istənilən sahədə (bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s.) yüksək texnologiyalardan istifadəni zəruri edir. Hazırda Azercell-in 4G şəbəkəsi ilə 240 mbit/san qədər endirmə, 95 mbit/san qədər isə yükləmə sürəti əldə olunur. Azercell-in 4G texnologiyası abunəçilərin mobil TV, videokonfrans, onlayn oyun, müxtəlif proqramlardan daha rahat istifadəsinə və kəsintisiz səsli zənglər etməsinə, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləməsinə, bu faylları daha tez yükləyib ötürməsinə şərait yaradır. 


    4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir. SİM kartın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərmək kifayətdir. Əgər SİM kart bu texnologiyanı dəstəkləmirsə, istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq ödənişsiz əsaslarla nömrənin 4G dəstəkləyən dublikatını əldə etmək və birdəfəlik bonus şəklində 5Gb aylıq internet paketi qazanmaq mümkündür. Qeyd edək ki, kampaniya yalnız 4G şəbəkəsini dəstəkləməyən SİM karta sahib olan abunəçilərə şamil olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..


Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müş..


LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb..

Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii ..


Azercell-in rəqəmsal xidmətləri 'Umico'da!

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edir! ..


Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə d..

2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub..

×