main-post-cover

    Xiaomi Mi 11T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb

    Proqram Təminatı
    19.04.2024
    Brilyant Rasulova
         Xiaomi bazardakı smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Xiaomi Mi 11T Pro smartfonuna çatıb. HyperOS yenilənməsi bu smartfon üçün OS 1.0.1.0 UKDEUXM nömrəsi altında təqdim edilib və yenilənmənin həcmi 5.2 GB təşkil edir. Bununla yanaşı sistem yenilənməsi özündə Google şirkətinin aprel ayı üzrə təhlükəsizlik yenilənməsini də birləşdirir. Xiaomi Mi 11T Pro üçün istifadəyə verilmiş HyperOS Android 14 əsaslıdır. Qeyd etmək lazımdır ki, bu yenilənmə sözügedən smartfon üçün nəzərdə tutulmuş son əməliyyat sistemi yenilənməsidir. Xiaomi Mi 11T Pro üçün HyperOS istifadəçilər arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamıda aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi brendi Redmi 13 5G üzərində çalışır
    redmi-brendi-remdi-13-5g-uzerinde-calisir
    Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
    xiaomi-14-seriyasina-suni-intellekt-elave-edilecek
    Black Shark Ring smart üzüyü təqdim olunub - QİYMƏTİ
    black-shark-ring-smart-uzuyu-teqdim-olunub-qiymeti
    Redmi Buds 5A naqilsiz qulaqlığının təqdimatı anons edilib
    redmi-buds-5a-naqilsiz-qulaqliginin-teqdimati-anons-edilib
    Xiaomi 15 smartfon seriyasının 3 özəlliyi açıqlanıb
    xiaomi-15-smartfon-seriyasinin-3-ozelliyi-aciqlanib