main-post-cover

    Android 15-də Dark Mode rejimini dəstəkləməyən tətbiqlərdə bu rejimi tətbiq etmək olacaq

    Proqram Təminatı
    26.04.2024
    Farid Pardashunas
         İnsayderlər Android 15-in beta versiyasında sistem interfeysi ilə bağlı yeni faydalı funksiyanı aşkar ediblər. Aşkar edilmiş yeni funksiya Dark Mode rejiminin imkanlarının genişləndirilməsinə hədəflənib. Belə ki, yeni funksiya sayəsində Dark Mode rejimi dəstəyini hətta bu rejimi dəstəkləməyən tətbiqlər də əldə etməlidirlər. Bir çoxları üçün smartfonlarda Dark Mode rejimi vacib özəllik olsa da, heç də bütün tətbiqlər onu dəstəkləmirlər.
         Android 15-in beta versiyasının sistem interfeysi ayarlarında isə Dark Mode rejimi ilə bağlı “Make all apps dark” bəndi aşkar edilib. Sözügedən bənd Dark Mode rejimini dəstəkləməyən tətbiqlərdə belə interfeysin qaranlıq vəziyyətə keçməsinə şərait yaradır. Lakin bu bəndin mənfi özəllikləri də var. Belə ki, bu bəndin aktivləşdirilməsindən sonra bəzi hallarda tətbiqlərdəki istifadəçi interfeysi təhrif oluna və nəticədə ekranda yazılar oxunması mümkün olmayan vəziyyətə gələ bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 15 smartfon ekranının parlaqlığını daha da aşağı salacaq yeni funksiyanı əldə edəcək
    android-15-smartfon-ekraninin-parlaqligini-daha-da-asagi-salacaq-yeni-funksiyani-elde-edecek
    Android 15-də smartfonun daxili yaddaş həcminin monitorinqi funksiyası istifadəyə veriləcək
    android-15-de-smartfonun-daxili-yaddas-hecminin-monitorinqi-funksiyasi-istifadeye-verilecek
    Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
    google-android-15-e-nfc-uzerinden-sarj-funksiyasini-elave-edecek
    Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
    android-15-de-smartfon-ekraninin-yeni-calisma-rejimi-istifadeye-verilecek
    Android 15-də smartfonun yerləşdiyi yeri mobil operatorlardan gizlətmək mümkün olacaq
    android-15-de-smartfonun-yerlesdiyi-yeri-mobil-operatorlardan-gizletmek-mumkun-olacaq