Uşaqlığımızın oyunu Serious Sam yeni hissəsilə geri qayıdır (VİDEO)

TEXNOLOGİYA


19.04.2018 0 PAYLAŞIM 2032 OXUNMA


Devolver Digital şirkəti Croateam studiyası ilə birlikdə məşhur Serious Sam shooter seriyasının dördüncü hissəsini anons edib. Yeni oyun Serious Sam 4: Planet Badass adlanır və onun gameplay təqdimatı İyun ayında keçiriləcək E3 2018 oyun sərgisində baş tutacaq. Oyunun qısa videosu da təqdim olunub. Məlumata əsasən yeni oyunda singleplayer rejimdən əlavə olaraq lokal/online multiplayer, co-op və split-screen rejimləri də təqdim olunacaq. Oyunun PC-dən əlavə oyun konsollarında çıxıb-çıxmayacağı barəsində isə hələki heç bir məlumat yoxdur.