Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

Oyun və Film
29.06.2022 PAYLAŞIM

    “Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək. Bu barədə məlumat Battlefield Seattle studiyasının vakansiyalarında qeyd edilib. Qeyd etmək lazımdır ki, sözügedən studiya 2021-ci ildə təsis edilib və o, “Battlefield” seriyasının inkişafı ilə məşğul olmalıdır. Hal hazırda EA şirkəti yeni studiya üçün dizayn direktor axtarışındadır. Sözügedən vəzifədə çalışacaq şəxs növbəti “Battlefield” oyunu üçün singleplayer rejimin hazırlanma mərhələsinə rəhbərlik etməli olacaq.

    EA isə öz növbəsində yeni oyunda “Battlefield” seriyasnın əsas özəlliklərini özündə birləşdirəcək yüksək keyfiyyətli singleplayer rejim əldə etmək istəyir. Dizayn direktor vəzifəsinə axtarılan şəxs oyun studiyalarında rəhbərlik vəzifəsində minimum 10 illik iş təcrübəsinə sahib olmalıdır. Növbəti “Battlefield” oyununun nə zaman satışa çıxa biləcəyi barəsində məlumat verilməyib. Hal hazırda DICE studiyası öz əsas diqqətini “Battlefield 2042”-nin inkişafına yönəldib. Studiya qeyd edib ki, o, “Battlefield 2042”-nin inkişaf etdirilməsi prosesinə o qədər diqqət ayırıb ki, digər oyun seriyaları üzərində çalışmaq barəsində söhbət belə gedə bilməz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur insayder 'GTA VI' barəsində yeni məlumatlar verib

Oyun sahəsinin ən məşhur insayderlərindən biri olan Jason Schreier öz mənbələrinə istinadən GTA IV b..


Məşhur insayder yeni 'Assassin's Creed' barəsində məlumatlar verib

Məlumdur ki, hər bir yeni “Assassin’s Creed” oyunu müəyyən tarix dövrünü əhatə edir.


'RoboCop: Rogue City' oyunu anons edilib (VİDEO)

Teyon adlı studiya 1987-ci ildə böyük ekranlara çıxmış məşhur “RoboCop” filminin baş qəhrəmanına həs..


Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons ..

Ubisoft şirkətiOS və Android cihazlar üçün nəzərdə tutulmuş “Tom Clancy’s The Divison Resurgence” oy..


'GTA VI'-nın mümkün məlumatları ortaya çıxıb

Kütləvi informasiya vasitələri “GTA VI”-ya mümkün aidiyyatı olan məlumatlara fikir veriblər...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..

×