Reklam
'GTA VI'-nın mümkün məlumatları ortaya çıxıb

'GTA VI'-nın mümkün məlumatları ortaya çıxıb

Oyun və Film
05.07.2022 PAYLAŞIM

    Kütləvi informasiya vasitələri “GTA VI”-ya mümkün aidiyyatı olan məlumatlara fikir veriblər. Sözügedən məlumatlar məşhur Reddit platformasında ortaya çıxıb. Digər məlumat sızıntılarından fərqli olaraq yeni məlumatlar çoxlu sayda detalları ilə fərqlənirlər. Məlumatlar arasında yeni “GTA” oyununun mexanikaları, dünyası və və bəzi süjet xətləri barəsində məlumatlar yer alıb. Ortaya çıxmış bu məlumatların həqiqətən də “GTA VI”-a aid olduğu üzrə bir zəmanət yoxdur. Lakin hətta əgər bu məlumatlar fake-dirsə, həmin məlumatların müəllifləri onların tərtib edilməsinə çoxlu zaman sərf ediblər. Beləliklə verilmiş məlumata əsasən Rockstar Games studiyası “GTA VI”-nın hazırlanmasına 2014-cü ildə start verib və oyunun ümumi istehsal büdcəsi 500 milyon dollar təşkil edib. Əlavə 100 milyon dollar isə oyunun marketinqi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, oyunun süjet xətti 3 personajın adından təqdim ediləcək. Oyunçular “GTA V”-dəki kimi “GTA VI”-da da pesonajlar arasında müstəqil keçidi reallaşdıra biləcəklər.

- Birinci baş personajın adı Ricardo olacaq. O, Kolumbiyadandır və daha öncə xüsusi agent qismində çalışıb. Lakin daha sonra o bu işi atıb və narkokartel sahibləri kimi var-dövlət içində yaşamağa qərar verib


- İkinci baş personajın adı Casey olacaq. O, keçmiş professional boksçudur. Sızdırılmış məlumatlarda qeyd edilib ki, o, “GTA V”-in sevilən baş personajı Trevor kimi olsa da, onun qədər dəli deyil. Süjet xəttinə əsasən Casey adlı personaj oyunda müəyyən ödənişlər qismində çirkli işlərlə məşğul olur

- Kişi cinsinə mənsub 2 baş personajdan əlavə olaraq “GTA VI”-da qadın cinsinə mənsub baş personaj mövcud olacaq. Məlumatda qeyd edilib ki, qadın personajın adı Rose olacaq və o, polis zabiti vəzifəsində çalışır. Süjet xəttinə əsasən “GTA VI”-da əsas hadisələrin başlamasından öncə Rose-un həyat yoldaşı vəfat edir və bu öz növbəsində qadının sosial deqradasiyasına gətirib çıxardır. Depressiyaya düşən bu personaj alkoqoldan və digər zərərli maddələrdən sui-istifadə etməyə başlayır.

    Ortaya çıxmış məlumatlara əsasən “GTA VI”-nın süjet xətti Cənubi Amerikada start götürəcək və həmin aralıqda oyunçular Ricardo vasitəsilə oynayacaqlar. Lakin daha sonra hadisələr ABŞ-a köçəcək. Oyunun xəritəsi 3 şəhərdən ibarət olacaq: Liberty City, Vice City Carcer City. Baş personajlardan hər biri unikal bacarıqlara sahib olacaq. Məsələn Rose öz polis zabiti vəzifəsindən istifadə edərək cinayətləri qapalı şəkildə saxlaya bilər. Məlumatda qeyd edilib ki, həyəcan siqnalının verilməsi halında Rose digər polislərə hadisə yerinə getməməyi və ya onların hadisə yerində olduqları halda onlara ordan getmələrini əmr edə bilər. Bu üsul ilə Rose şəriklərinə yardımçı ola bilər. Ricardo ilə Casey-ə gəldikdə isə onlar öz kriminal imperiyalarına yeni cinayətkarları əlavə edə biləcəklər.

    Bu halda Ricardo Cənubi Amerikadan olan kartelə, Casey isə Liberty City ilə Carcer City-dəki işlərə nəzarət edəcək. Oyunun əsas süjet xəttini tam yekunlaşdırmaq üçün oyunçulara 75 saat vaxt lazım olacaq. “GTA VI” oyunçulara əsasən çoxlu sayda əlavə missiya və aktivitələr təklif edəcək. Sızdırılmış məlumatlarda qeyd edilib ki, oyunçular mərc oyunları, qolf, tennis, şahmat, basketbol, boulinq oynaya, sörfinq, skeytbordinq ilə məşöul ola və müxtəlif məkanlara gedə biləcəklər. Məlumata əsasən “GTA VI”-nın anonsu bu ilin üçüncü rübündə baş tutacaq və 2024-cü ildən tez satışa çıxmayacaq. Studiya satışlara start veriləndən 24 saat sonra 1 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Təqdim edilmiş bütün bu məlumatlar nəticədə fake də ola bilərlər. Buna görə də onlara müəyyən səviyyədə şübhə ilə yanaşmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur insayder 'GTA VI' barəsində yeni məlumatlar verib

Oyun sahəsinin ən məşhur insayderlərindən biri olan Jason Schreier öz mənbələrinə istinadən GTA IV b..


Məşhur insayder yeni 'Assassin's Creed' barəsində məlumatlar verib

Məlumdur ki, hər bir yeni “Assassin’s Creed” oyunu müəyyən tarix dövrünü əhatə edir.


'RoboCop: Rogue City' oyunu anons edilib (VİDEO)

Teyon adlı studiya 1987-ci ildə böyük ekranlara çıxmış məşhur “RoboCop” filminin baş qəhrəmanına həs..


Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons ..

Ubisoft şirkətiOS və Android cihazlar üçün nəzərdə tutulmuş “Tom Clancy’s The Divison Resurgence” oy..


Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..

×