main-post-cover

    Hyundai-ın yeni şüşə örtüyü avtomobilin daxili temperaturunu 22 dərəcəyə qədər azaldacaq!

    Nəqliyyat
    23.04.2024
    Aslan Aslanov

         Hyundai tərəfindən hazırlanmış Nano Soyutma Şüşə Örtüyü ilə avtomobillərin daxili temperatur 22 dərəcəyə qədər endirilə bilər. Şirkət tezliklə kütləvi istehsalına başlanacaq şüşə örtüyünün inqilabi yenilik olduğunu bildirir.

         Hyundai real dünya şəraitində performansını nümayiş etdirmək üçün Pakistanın Lahor şəhərində 70 avtomobilə hazırladığı şüşə örtüyünü tətbiq edib. Yay fəslində havanın temperaturu 50°C-ə çatan şəhərin yaz fəslindəki belə isti havası sınaq üçün əlverişli şərait yaradır. Koreya istehsalçısı Nano Soyuducu Şüşə Örtüyünü ənənəvi qara şüşə örtüklərlə müqayisə edərək, onun sürücünün başı ətrafındakı havanın temperaturunu 10,98°C-ə qədər azalddığını bildirib. Şirkətin açıqlamasına görə, heç bir şüşə örtüyü çəkilməmiş vəziyyətlə müqayisədə temperatur 12,33°C ə qədər azalıb. Bundan başqa, bu yeni şüşə örtükləri, adi şüşə örtüklərilə müqayisədə 15,38°C və şüşə örtüksüz vəziyyətlə ilə müqayisədə isə 22°C temperatur düşməsi ilə öz effektivliyini nümayiş etdirib.
         Hyundai şirkətinin bildirdiyinə görə, Nano Soyutma Şüşə Örtükləri nəinki xarici mənbədən gələn istiliyin qarşısını alır, həm də içəridəki istiliyin çıxmasına da imkan verir. Şüşə örtüyünün xarici təbəqəsi orta infraqırmızı dalğa uzunluqlarında avtomobilin içərisindəki istiliyi xaricə yayarkən, daxildən yerləşən iki təbəqə isə içəriyə daxil olan istiliyi yaxın infraqırmızı dalğa uzunluqlarında əks etdirir və beləcə istilik miqdarını azaldır. Hyundai, daha yaxşı nəticələr əldə etmək üçün şüşə örtüyünün ənənəvi qaranlıq şüşə örtüklərilə də tətbiq oluna biləcəyini bildirib. Şirkət, şüşə örtüyünün son sınaqdan keçdiyini və tezliklə kütləvi istehsala başlanılacağını da həmçinin açıqlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hyundai uçan taksi nəqliyyatının yeni versiyasını sərgiləyib
    hyundai-ucan-taksi-neqliyyatinin-yeni-versiyasini-sergileyib