main-post-cover

    Xiaomi-nin adı bilinməyən yeni flaqman smartfonunun texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    17.02.2023
    Farid Pardashunas
        Xiaomi keçən ilin sonunda Xiaomi 13 smartfon seriyasını təqdim etmişdi. Ənənə üzrə bu il Xiaomi 13S smartfon seriyasının olacağı gözlənilirdi. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Xiaomi bu il Xiaomi 13S smartfon seriyasını təqdim etməyəcək. Lakin bu, şirkətin bu il ərzində yeni flaqman smartfonlar təqdim etməyəcəyi demək deyil. Gözləntilərə əsasən şirkət bu ilin ikinci yarısında yeni flaqman smartfonlarını təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder həmin flaqman smartfonlardan birinin texniki özəllikləri barəsində məlumat verib.
        Beləliklə insayder bildirib ki, Xiaomi-nin gələcək flaqman smatfonlarından biri 144 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekran və MediaTek Dimensity 9200 prosessoru ilə təchiz olunacaq. Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat yoxdur. Hətta onun necə adlanacağı da bilinmir. Ehtimal var ki, söhbət, Xiaomi 13T və ya Xiaomi 13 Dimensity Edition smartfonundan gedir. Qeyd etmək lazımdır ki, şirkət keçən il Xiaomi 12 Pro Dimensity Edition smartfonunu təqdim etmişdi. Sözügedən smartfon MediaTek Dimensity 9000+ prosessoru ilə təchiz olunur. Heç istisna deyil ki, Xiaomi bu il də eyni praktikanı Xiaomi 13 və ya Xiaomi 13 Pro üzərində reallaşdırsın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər