main-post-cover

    Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq

    Cihazlar+
    08.05.2024
    Brilyant Rasulova
         Xiaomi şirkəti bu ilin ikinci yarısında Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 15 Pro olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 15 Pro barəsində yeni məlumat verib. Onun sözlərinə əsasən Xiaomi 15 Pro smartfonu kamera mövzusunda keçən ilki Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq. Belə ki, insayder bildirib ki, Xiaomi 15 Pro modeli periskop telekameranı əldə edəcək. Qeyd etmək lazımdır ki, daha öncə periskop telekamera eksklüziv olaraq Xiaomi 14 Ultra-da istifadə edilib.
         Keçən ilki Xiaomi 14 Pro isə özündə adi telekameranı birləşdirir. Bu səbəbdən də Xiaomi 15 Pro alıcılar üçün daha cəlbedici görünə bilər. Məsələ burasındadır ki, periskop telekamera yüksək zoom çəkilişlərində yüksək keyfiyyətli fotoların əldə edilməsinə imkan verir. Gözləntilərə əsasən Xiaomi 15 Pro-nun tərkibində olacaq bu kamera üstəlik makro çəkilişlərin öhdəsindən də yaxşı gələcək. Xiaomi 15 Pro-nun üçlü arxa kameranı əldə edəcəyi gözlənilir. Əsas kamera, ultra geniş bucaqlı kamera və periskop telekamera. Çox güman ki, smartfonun hər üç arxa kamerası 50 MP-lik olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
    xiaomi-nin-yeni-qatlana-bilen-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-meshur-insayder-terefinden-aciqlanib
    Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
    xiaomi-pad-7-plansetlerinin-cixis-muddetleri-aciqlanib
    Xiaomi 14 smartfon seriyasının daha bir yeni modeli təqdimata hazırlaşır
    xiaomi-14-smartfon-seriyasinin-daha-bir-yeni-modeli-teqdimata-hazirlasir
    POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib
    poco-f6-subflaqman-smartfonu-geekbench-testlerinden-kecib
    Büdcəli Redmi G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g27q-2025-gaming-monitoru-teqdim-edilib-qiymeti