main-post-cover

    Xiaomi 13-ün dəqiq şəkildə əldə edəcəyi texniki özəlliklər məlum olub

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        Xiaomi 13 smartfonunun bugünki təqdimatının təxirə salınmasına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Smartfon barəsində təqdim edilmiş yeni məlumatlarda onun dəqiq texniki özəllikləri əks olunub. Beləliklə məlumata əsasən Xiaomi 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.3 düym AMOLED ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə 32 MP-lik ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
        Digər texniki özəlliklər baxımından Xiaomi 13 smarfonu Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP + 12 MP + 10 MP üçlü arxa kamera, təsvirlərin emalı üçün nəzərdə tutulmuş Surge C2 prosessoru və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Məlumatda qeyd edilib ki, Xiaomi 13 qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq. Çox güman ki, Xiaomi 13-ün təqdimatı gələn həftə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər