main-post-cover

    Xiaomi 13 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    28.11.2022
    Farid Pardashunas
        Xiaomi yaxın zamanda Xiaomi 13 smartfon seriyasını təqdim etməlidir. Bir neçə müddət bundan öncə isə adi Xiaomi 13 modeli Geekbench bençmark saytının testlərindən keçmişdi. Məlum oldu ki, sözügedən smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1497 xal, çox nüvəli testi çərçivəsində isə 5089 xal toplayıb. İndi isə Geekbench-in testlərindən həmçinin Xiaomi 13 Pro smartfonu keçib. Geekbench-in testlərindən keçmiş Xiaomi 13 modeli 12 GB RAM ilə təchiz olunub.
        Beləliklə bu smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1504 xal, çox nüvəli testi çərçivəsində isə 5342 xal toplayıb. Bu məsələdə aydındır ki, təqdim ediləcək yeni smartfon Snapdragon 8 Gen 1 prosessoruna sahib Xiaomi 12 Pro-nu bir xeyli geridə qoyur. Belə ki, bir nüvəli test  çərçivəsində smartfonun performansı 20%, çox nüvəli test çərçivəsində isə 30% yüksəlib. Qeyd etmək lazımdır ki, həm adi Xiaomi 13 həm də Xiaomi 13 Pro Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Son məlumatlara əsasən Xiaomi 12 modellərindən fərqli olaraq Xiaomi 13 modelləri bir qədər baha qiymətə satılacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər