main-post-cover

    Vivo V30e 5G-nin render fotoları və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    19.04.2024
    Brilyant Rasulova
         Artıq məlumdur ki, vivo şirkəti vivo V30 smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, vivo V30e 5G-dən gedir. İndi isə insayderlər bu smartfonun render fotolarını və texniki göstəricilərini təqdim ediblər. Beləliklə təqdim edilmiş render fotolara əsasən smartfon kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd kamera və LED işıqlandırma olacaq.
         Texniki göstəricilərə gəldikdə, insayderlər bildiriblər ki, vivo V30e 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə vivo V30e 5G 44 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı insayderlərin sözlərinə əsasən smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq və smartfonun özü qutudan Android 14-ü əldə edəcək. Vivo V30e 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli vivo T3x 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-t3x-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo V30e-nin xarici görünüşü sərgilənib.
    orta-budceli-vivo-v30e-nin-xarici-gorunusu-sergilenib
    Vivo T3x smartfonu təqdimata hazırlaşır
    vivo-t3x-smartfonu-teqdimata-hazirlasir
    Vivo V20 Lite 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-v20-lite-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X100s smartfonunun təqdimatı artıq çox yaxındır
    vivo-x100s-smartfonunun-teqdimati-artiq-cox-yaxindir