Təqdimatdan bir gün qabaq məşhur insayder iPhone 12 smartfonları barəsində yeni məlumatlar verib

Təqdimatdan bir gün qabaq məşhur insayder iPhone 12 smartfonları barəsində yeni məlumatlar verib

Mobil Cihazlar
12.10.2020 PAYLAŞIM

    Çox zaman doğru çıxmış məlumatları ilə məşhurlaşan nüfuzlu insayder Max Weinbach, iPhone 12 seriyasının təqdimatından 1 gün qabaq bu seriyaya daxil olacaq smartfonların bəzi texniki özəllikləri barəsində məlumat verib. İnsayder əsasən smartfonların batareyaları, kameraları və Face ID sistemləri barəsində məlumatlar verib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən iPhone 12 Pro iPhone 12 Pro Max modelləri iPhone 11 ProiPhone 11 Pro Max modelləri ilə müqayisədə bir dəfə şarj olunandan sonra 1 saat daha çox çalışa biləcəklər.

    Lakin iPhone 12 Mini modelinin batareya həcmi iPhone 11 ilə müqayisədə bir qədər kiçik olacaq. iPhone 12 modellərində olacaq yenilənmiş Face ID sistemi yeni dinamik alqoritm sayəsində daha sürətli çalışacaq. Bununla yanaşı insayder bildirib ki, iPhone 12 Pro modeli 4 qat, iPhone 12 Pro Max modeli isə 5 qat optik zoom özəlliyini əldə edəcək. Bununla yanaşı Apple şirkəti bir neçə kadrı tam bir kadra birləşdirmə özəlliyi vasitəsilə rəqəmsal zoom funksiyasını da təkmilləşdirəcək.


    Kameralar vasitəsilə çəkiləcək fotoların keyfiyyətlərinin yüksəldilməsi üçün həmçinin Deep Fusion Smart HDR 3 texnologiyalarından istifadə olunacaq. Məlumatda qeyd olunub ki, iPhone 12 modelinin ultragenişbucaqlı obyektivi yüksək işıq keçiriciliyinə sahib diafraqmanı özündə birləşdirəcək. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotoların əldə olunmasını təmin edəcək və makrofotoqrafiya üzrə geniş imkanlar təqdim edəcək. İnsayder qeyd edib ki, iPhone 12 həmçinin 240 fps-də 4K keyfiyyətli videolar da çəkə biləcək. Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasının təqdimatı sabah baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus Nord CE 3 smartfonunun render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder OnePlus Nord seriyasına daxil olacaq yeni büdcəli smartfonun keyfiyy..


Hələ təqdim edilməmiş Samsung Galaxy M54 5G smartfonu Geekbench testlərindən keç..

Samsung-un hələ təqdim edilməmiş Galaxy M54 5G smartfonu Geekbench bençmark saytının testlərindən ke..


Xiaomi 13-ün yeni real fotosu ortaya çıxıb

1 dekabr tarixində əsas diqqətlər Xiaomi şirkətinə tərəf yönələcək.


Samsung Galaxy S23-ün təqdimat tarixi barəsində məlumat verilib

Samsung şirkətinin təmsilçisi şirkətin növbəti flaqman smartfon seriyası olacaq Galaxy S23-ün təqdim..


Samsung Galaxy A14 5G-nin yeni render fotosu təqdim edilib

Evan Blass adlı məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy A14 5G adlı yeni büd..


iPhone 15 Sony-nin eksklüziv kamera sensorunu əldə edə bilər

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti Sony tərəfindən bir neçə müddət bundan öncə t..

×