main-post-cover

    Samsung-un Snapdragon-lu flaqman smartfonları ayrı-ayrı regionlarda deyil, bütün dünyada satılacaq

    Cihazlar+
    28.07.2022
    Farid Pardashunas
        Görünür, AMD şirkəti ilə birgə əməkdaşlıq Samsung-a gözlənilən nəticələri gətirmədi. Qualcomm ilə Samsung arasında genişmiqyaslı və uzunmüddətli əməkdaşlıq müqaviləsinin bağlanması elanı çərçivəsində Qualcomm şirkətinin direktoru tərəfindən verilmiş bəyanat buna işarə edir. Qualcomm direktoru öz bəyanatını şirkətin 2022-ci maliyyə ilinin üçüncü rübü üzrə hesabatı çərçivəsində verib. Beləliklə Qualcomm-un direktoru olan Christiano Amon-un sözlərinə əsasən Snapdragon prosessorları Galaxy S22 smartfon seriyası çərçivəsində istehsal edilmiş cihazların 75%-nə quraşdırılıb.
        Smartfonların yerdə qalan 25%-i isə Samsung-un fərdi Exynos 2200 prosessoru ilə təchiz olunub. Qualcomm direktoru öz bəyanatında qeyd edib ki, Galaxy S23 smartfon seriyasından başlayaraq Snapdragon prosessorlarının Samsung smartfonlarında istifadə göstəricisi daha da yüksələcək. O, birbaşa olaraq qeyd edib ki, Samsung şirkətinin Snapdragon prosessoruna sahib flaqman smartfonları ayrı-ayrı regionlarda deyil, artıq bütün dünyada satılacaq. Qeyd etmək lazımdır ki, öz bəyanatında Qualcomm direktoru Samsung-un flaqman smartfonlarının hamısının Snapdragon prosessoru ilə təchiz olunacaqlarını bildirməyib.
        Bu isə o deməkdir ki, müəyyən sayda cihazlar yenə də Exynos prosessorları ilə təchiz olunacaqlar. Daha öncə ortaya çıxmış məlumat sızıntılarında insayderlər bildirmişdilər ki, Galaxy S23 və Galaxy S24 smartfonları Exynos prosessorları ilə təchiz olunmayacaqlar. Məlumata əsasən Samsung öz smartfonlarında fərdi Exynos prosessorlarının istifadəsi məsələsinə fasilə verib və 2025-ci ilə kimi ən yaxşı mobil prosessor hazırlamaq üzərində çalışır. Gözləntilərə əsasən Samsung-un, üzərində çalışdığı yeni nəsil Exynos prosessoru məhz Galaxy S25 seriyasında istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər