main-post-cover

    Samsung Galaxy S23-ün təqdimat tarixi barəsində məlumat verilib

    Cihazlar+
    29.11.2022
    Farid Pardashunas
        Samsung şirkətinin təmsilçisi şirkətin növbəti flaqman smartfon seriyası olacaq Galaxy S23-ün təqdimat tarixi barəsində məlumat verib. Verilmiş məlumata əsasən Galaxy S23 smartfon seriyası gələn ilin fevral ayında baş tutacaq Unpacked tədbiri çərçivəsində təqdim ediləcək. Lakin təqdimat tədbirinin dəqiq şəkildə ayın neçəsi baş tutacağı barəsində məlumat verilməyib. Gözləntilərə əsasən Galaxy Unpacked 2023 tədbiri fevral ayının ilk həftəsində baş tutacaq.
        Təqdimat tədbirinin San Fransiskoda keçiriləcəyi gözlənilir. Bəzi məlumatlara əsasən təqdimat tədbiri ənənəvi formatda baş tutacaq. Yəni izləyicilərin fiziki şəkildə iştirakları ilə. Qeyd etmək lazımdır ki, şirkət koronavirus məhdudiyyətləri səbəbilə keçən il təqdimatı online formatda keçirtmişdi. Gözləntilərə əsasən yeni flaqman smartfon seriyasına 3 model daxil olacaq. Söhbət, Galaxy S23, S23+S23 Ultra-dan gedir. Daha öncə məlumat verilmişdi ki, sözügedən smartfonlar bütün regionlarda Snapdragon 8 Gen 2 prosessoru ilə satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər